Zeynalov restoran işlətməyə başladı: Xanımı da aşpaz…

Oxunma sayı: 506
14-09-2019, 08:41

Zeynalov restoran işlətməyə başladı: Xanımı da aşpaz…
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, MTN hadisələrindən sonra həbs olunan Vidadi Zeynalov azadlığa buraxıldıqdan sonra restoran biznesinə başlayıb.

Bu barədə Unikal.org-a Vidadi Zeynalov özü məlumat verib. O deyib ki, azadlığa çıxdıqdan sonra, ona məxsus “Məlhəm” restoranını işlədir: “Həyat yoldaşım restoranda aşpazların başında durur, mən isə ümumi nəzarətçi işləyirəm. Bununla belə, restoranın həyətində toyuq-cücə də saxlayıram”.

Vidadi Zeynalov bu addımını atmasına səbəb kimi imkanının aşağı olmasını göstərib: “Acından ölən deyiləm ki? Taxıl da əkirəm”.

Qeyd edək ki, restoran Şamaxı şəhəri, Məlhəm kəndində yerləşir.

Paylaş
Xəbər lentİ