Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi

Oxunma sayı: 477
20-09-2019, 22:54

Xüsusi xidmət orqanının rəhbərləri partiya sədrinin oğlunun il mərasiminə gəldi
Bu gün Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində il mərasimi keçirililib.

Arasdırma.info cəbhə.info-ya istinadən xəbər verir ki, Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov məclisə təşrif buyurublar.

Xüsusi xidmət orqanı rəhbərlərinin mərasimdə iştirak etməsi Etimad İsmayılovun atası İlyas İsmayılov və məclisdə iştirak edən insanlar üçün gözlənilməz olub.

Paylaş
Xəbər lentİ