Bakı-Sumqayıt taksiləri qiyməti artırdı - Buna görə

Oxunma sayı: 470
13-10-2019, 16:50

Bakı-Sumqayıt taksiləri qiyməti artırdı - Buna görə
Bakı-Sumqayıt və əks istiqamətə işləyən taksilər dünəndən etibarən qiymətləri qaldırıb. Bu barədə Avtosfer.az-a sakinlər şikayət ünvanlayıb. Məlumata görə, Azərsu ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar yolun Masazır dairəsinə qədər hissəsində məhdudiyyət yaranıb. Buna görə də tıxac olur. Məhz fürsətdən istifadə edən taksi sürücüləri də qiymətləri iki dəfə artırıb. Bununla da gündəlik taksidən istifadə edən insanlar çətin duruma düşüb.

Paylaş
Xəbər lentİ