“MTN işi” ilə bağlı kimlər azadlıqda? - SİYAHI

Oxunma sayı: 526
26-11-2019, 12:05

“MTN işi” ilə bağlı kimlər azadlıqda? - SİYAHI
2015-ci ilin 14 dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edildi.

Ləğv olunan MTN-də ciddi problemlərin olduğu üzə çıxdı və nazir Eldar Mahmudov başda olmaqla qurumun bir çox əməkdaşı tutduqları vəzifədən kənarlaşdırıldı. “MTN işi” ilə bağlı başladılan istintaq prosesində bir çox qalmaqallı məsələlərin şahidi olduq. İstinaq prosesində həbs olunan MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov 12 il müddətində azadlıq məhrum edildi. Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Çovdarovun ailə üzvünə məxsus "8-ci kilometr bazarı" kimi tanınan iaşə obyekti dövlət sərəncamına keçirilib, özünə və övladlarına məxsus evlər həbsdən çıxarılaraq onların özünə qaytarılıb. Amma “MTN işi” prosesi çərçivəsində həbs olunanların bəziləri aparılan istintaq prosesləri çərçivəsində azadlığa buraxıldı.

Arasdırma.info “MTN işi” üzə saxlanılıb, sonradan azadlığa buraxılan şəxslərin siyahısını təqdim edir: Ləğv edilmiş MTN-in baş əməliyyat müvəkkili, kapitan, “Maqa” ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilərək həbs edilmişdi. “Maqa” sonradan Yasamal rayon məhkəməsinin qərarı ilə bəraət alıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev 2015-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanovla birgə həbs edilmişdi. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan isə Ali Məhkəmənin qərarı ilə A.Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirildi və Akif Əliyev, bu ilin 4 may tarixində azadlığa buraxıldı. “MTN işi” üzrə istintaqa cəlb edilən Eşqin Əliyev, Anar Şirəliyev, Fərhad Atayev, Elşad Əzizov məhkəmə iclas zalından azadlığa buraxılmışdılar. “MTN işi” üzrə saxlanılan, sonradan isə azadlığa buraxılan Namiq Quliyev isə qurumun əməkdaşı olmayıb. O, şirkət rəhbərini sabiq Milli Təhlükəsizlik Nazirliyinin əlindən xilas etməsi ilə bağlı vəd verib və buna görə də dələduzluq etməkdə təqsirləndirilərək saxlanılmışdı. N.Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Cebhe.info

Paylaş
Xəbər lentİ