Bu dəfə yanacaqdoldurma məntəqəsi haqlı çıxdı - Avtomobilin yanacaq tutumu 75 yox 85 litr imiş

Oxunma sayı: 895
20-08-2020, 02:05

Bu dəfə yanacaqdoldurma məntəqəsi haqlı çıxdı - Avtomobilin yanacaq tutumu 75 yox 85 litr imiş
Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirovun "Lukoil"un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin yanacaq çəninə 82 litr yanacaq vurulması iddiası barədə məlumat vermişdik.
Arasdırma.info Yeniavaz.coma istinadən xəbər verir ki, məsələ “Lukoil” şirkətinin mütəxəssisləri və V. Nəsirovla birgə araşdırılıb və bəlli olub ki, avtomobilin göstəricilərində yanacaq çəninin tutumu 75 litr göstərilsə də, həqiqi tutumu 85 litrə qədərdir. Bu barədə məlumatı V. Nəsirovun özü sosial şəbəkələrdə yayıb və araşdırmanı əks etdirən kadrları paylaşıb. O bildirib ki, şirkətin işgüzar nüfuzunu nəzərə alaraq bu nəticəni ictimailəşdirib:
“Ötən gün “Lukoil”-ə aid yanacaqdoldurma məntəqəsində qarşılaşdığım hadisə haqqında status yazmışdım. Yəni 75 litr tutumu olan yanacaq çənininə 82 litr (təxminən 3 litr də çənin içində vardı) yanacaq vurmuşdular. Böyük marağa səbəb olan bu paylaşıma “Lukoil” şirkətindən də çevik reyaksiya verdilər. Şirkətin əməkdaşı mənə zəng edərək yanacaq çəninin avtomobilin sənədində nəzərdə tutulandan 15-20 faiz artıq tutduğunu bildirdi və bunu sübut edə biləcəklərini dedi. O şərtlə razılaşdıq ki, prosesin nəticəsini ictimailəşdirəcəyik. Bu gün “Lukoil”-un əməkdaşları Qəbələ şəhərinə gəldilər. Avtomobilin çənini tam doldurduqdan sonra yenidən servisdə tam boşaltdıq. Boşaldılmış yanacağın həcmini xüsusi cihazla ölçdük və doğurdan da çənin təxminən 85 litr yanacaq tutduğu məlum oldu. Nəticə mənim gözlədiyim kimi olmasa da verdiyim sözü və “Lukoil” şirkətinin işgüzar nüfuzunu nəzərə alaraq bu statusu yazmağı özümə borc bildim. Əlavə suallar yaranmasın deyə həmin prosesin videosunu da paylaşıram”.

Paylaş
Xəbər lentİ