"Vasmoy bazarı" bağlanıb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Oxunma sayı: 576
31-08-2020, 18:49

"Vasmoy bazarı" bağlanıb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Bakının ən məşhur bazarlarından biri olan “8-ci kilometr bazarı”nın bağlanması ilə bağlı məlumatlar yayılıb.
Arasdırma.info xəbər verir ki, baku.ws məsələ ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətilə əlaqə saxlayıb.

İcra başçısının müavini İldırım Mehdiyev bildirib ki, bazarın geyim satılan hissəsi virusa görə bağlanıb.

Hazırda “Vasmoy” bazarında 4 meyvə-tərəvəz satılan hissə var. Meyvə-tərəvəz satılan hissə hələ də işləyir. Oranın bağlanması ilə bağlı isə bizə heç bir məlumat daxil olmayıb”, – deyə İldırım Mehdiyev bildirib.

***

14:15
Ölkənin ən məşhur bazarlarından biri olan “8-ci kilometr bazarı” bağlanır.

Arasdırma.info baxar.az-a istinadən xəbər verir ki, dünən bazardaki sahibkarlara bu barədə xəbərdarlıq edilib.

Bazarın bağlanma səbəbinin pandemiya olduğu bildirilir.

Bazarda bir çox iş yeri və giriş bu gündən etibarən bağlanıb.

Qeyd edək ki, bazar pandemiya zamanı fəaliyyətini dayandırmamışdı.

Paylaş
Xəbər lentİ