Kapital bank bərbad halda işləyir.

Oxunma sayı: 649
4-09-2020, 21:28

Kapital bank bərbad halda işləyir.
Cəmiyyətdə bu gün onsuzda əsəbləri tarıma çəkilmiş millətin dərdinin üstünə bir bank dərdi də gəlib.İstənilən bankın qarşısından keçərkən uzun uzadı növbələr görmək mümükündür.Bu ,bankların onlayn sisteminin düzfün işləməməsi və işçi sayının azlığı ilə əlaqədar ola bilər.
Lakin məsələ bununla bitmir.Köçürmə ilə əlaqədar demək olar ki Kapital bankda işlər dayanıb.Təsəvvür edin ki,gün ərzində bir neçə Filiala müraciət edərək Daşkəsəndən köçürülmüş 50 manat pulu heç cür ala bilmədik.Əvvəlcə,Nərimanov rayonu filialında izdihamla üzləşdik.Hamı narazı idi.Saatlarla gözləyənlər var idi.Mühafizəçi məsləhət gördü ki,növbə gözləmədən aparata yaxınlaşıb xəzri köçürmə səhifəsində 12 rəqəmli kodu yığıb pulu çəkə bilərsiz.Deyilən kimi də etdik.Lakin 3 dəfə təkrar əməliyyat etməli olduq.Telefon nömrəsinə kod gəlmədi ki,gəlmədi.
Təbii ki,vaxtəməzə orada irirmək istəmədik,Yol üstü Nəsimi rayonundakı Kapital banka yaxınlaşdıq.Eynilə orada da xanım operator bizə dedi ki,min manata qədər olan pulu bankomatdan çəkə bilərsiz.Eyni əməliyyatı 4 dəfə ayrı-ayrı vaxtlarda həyata keçirdik.Lakin həmin problemlə üzləşdik.Telefon nömrəsinə kod gəlmir.Kapital bankın qynar xəttinə yığdıq.Həmişəki kimi 3-4 dəqiqə vaxtımızı alıb,bizə muğamat qoydular.Nəticədə 34 qəpik bakselin xeyrinə.
Beləliklə bu da bir problem.Evə çatana yaxın,təxminən yarım saatdan sonra kod gəldi,ard-arda düz 7 SMS..Kimə lazım idi bu SMS,
Düşünürük ki,Bankların bir birinin ardınca bağlanması,öz nəticəsini verməkdədir.Ortada bir iki bank fəaliyyət göstərir,onların da işi bərbad haldadır.Koronavirusdan ölməsək,yəqin ki,infarkdan öləcəyik bu cəmiyyətdə...
Kapital bank bərbad halda işləyir.

Paylaş
Xəbər lentİ