Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olundu - FOTO

Oxunma sayı: 309
8-05-2021, 14:15

Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olundu - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində və Qaradağ rayonunun “Ümid” qəsəbəsində daha 40 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Mənzillərin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim ediblər.

V.Behbudov bildirib ki, bu gün 8 maydır, ötən illərdə 8 may gününü Şuşanın işğalı günü kimi kədərlə yaşayırdıq, lakin 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, torpaqlarımızı, o cümlədən doğma Şuşamızı işğaldan azad etdi.

Beləliklə, bu gün biz azad Şuşamızdayıq. Hazırda mənzil təqdim olunan insanların sırasında Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri ilə yanaşı, həmin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, eyni zamanda, həmin müharibənin əlilləri də var.

Paylaş
Xəbər lentİ