İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurasından AÇIQLAMA

Oxunma sayı: 321
1-07-2021, 00:30

İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurasından AÇIQLAMA
Tarif (qiymət) Şurası elektrik enerjisi üzrə qərarına dair açıqlama yayıb.

Arasdırma.info xəbər verir ki, açıqlamada bildirilir ki, Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməmişdir.//sfera

Paylaş
Xəbər lentİ