Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama yekunlaşıb.
Arasdırma.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Xatırladaq ki, Manaf Ağayev və onunla birgə Füzuliyə səfər edən Sənan Hüseynov 15 sutka həbs edilmişdi.
//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70