"Ancaq yaxın dostlarım bilirdi ki, mən böyrək çatızmazlığından əziyyət çəkirdim. Ötən il xəstəlik daha da kəskinləşdi və mənə böyrəkköçürmə əməliyyatı etdilər".
Arasdırma.info xəbər verir ki, bu sözləri aktyor Azər Baxşəliyev "Xəzər TV"yə açıqlmasında deyib. O, ötən il keçirtdiyi ağır əməliyyatdan bəhs edib:
"Donor qismində isə öz böyrəyinin birini mənə anam verdi. Mənə elə gəlir ki, bu, bir ananın övladı üçün canından belə keçməyə hazır olmağının bariz nümunəsidir. Kimsə anası haqda danışanda deyir, "məni dünyaya gətirən anam". Mənim anam isə ikinci dəfə məni dünyaya gətirdi".
Qeyd edək ki, Azər tamaşaçılara "Bozbash pictures"dəki Ağsaqqal obrazı ilə tanınır. Aktyorun əməliyyatı İranda olmuşdu.//Axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70