"Mən həyatda Pərvin Abıyevanı heç vaxt görməmişəm"
Arasdırma.info Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu barədə müxtəlif media orqanlarında yayılan “Əhəd Abıyevlə Pərvin Abıyevanı hansı tellər bağlayır?” başlıqlı yazıya münasibət bildirən Əhəd Abıyev deyib.
"Onunla heç bir əlaqəm olmayıb. Sadəcə soyad uyğunluğumuz var. Onunla heç bir tanışlığımız, qohumluğumuz da yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı da yeni media qanunları ilə məhkəməyə verəcəm”.
Qeyd edək ki, yayılan məlumatlara görə, Əhəd Abıyev Pərvin Abıyevaya Nərimanov metro stansiyasının yaxınlığında 3 otaqlı, tam təmirli mənzil alıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70