"Murad Arif mənim haqqımda yaxşı söz danışmayacaq. Onun öz kanalı olsa istedadlı ifaçılara yol verməz. Kənardan özünü dəstək olan kimi göstərir, amma yalandır. O, istedadsızlara dəstək olur".
Arasdırma.info xəbər verir ki, bu sözləri müğənni Ceyhun Əliyev həmkarı Murad Arifin ünvanına deyib. Sənətçi "Şourum"a açıqlamasında Muradı paxıl adlandırıb:
"Sosial verilişi var idi, dəfələrlə xahiş etdim ki, mahnımı ver. Vermədi. Bir gün dirəşdim ki, niyə vermirsən? Qayıtdı ki, janrın mənə uyğun deyil. İsmayıl Əsədov, Caner Güney, Tərlan Məmmədhüseynovun bərabər işlədiyi mahnı necə uyğun deyil? Deyir ki, sənin "Sənə görə" mahnın mənə uyğun idi. Söyləyirəm ki, bəs niyə onu vermədin? Deyir, başım qarışdı, yadımdan çıxdı. Tutdum ki, paxıllığımı çəkir.
Murad aparıcı idi, mən gəlib oxuyurdum. Müğənni olanda baxdı ki, eyni bazarda rəqabətdir. Mahnımı verməyəndə fikirləşir ki, yaxşı ifaçıları önə çəkməyim. Mənim bir çox sənət dostum da Murad haqda bu sözü deyir. Amerikadan 1 milyon verib veriliş almamsıan, öz kanalındır, jest et".
Muradın Ceyhuna cavabı da gecikməyib. O, qarşı tərəfin ittihamlarına "Yəqin xətrinə dəymişəm. Diqqətsizlik etmişəm. Sitəm gördüm, bu da normal deyildi. Belə bir şey hiss etsəm də etiraf etmərəm. Bu açıqlamanı Ceyhuna yaraşdırmadım. Mənə elə gəlirdi ki, onun işləri yaxşı gedir" sözləri ilə reaksiya verib.//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70