"Əlçatmaz deyilsiniz" - Fatimədən Xatirə və Natavana

Oxunma sayı: 182
3-05-2022, 18:59

"Əlçatmaz deyilsiniz" - Fatimədən Xatirə və Natavana
"Bu, heç vaxt olmayacaq. Efirdə 5, 10, 11 il olsa da, bu, mümükün deyil: hansısa müğənni ora dəvət olunanda qonorar verilsin. Desinlər ki, min, 2 min qonorar veririk, gəl verilişimizin reytinqini qaldır".

Arasdırma.info xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Şourum" proqramında deyib. Sənətçi verilişə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəyən müğənnilərdən danışıb:

"Aygün Kazımova verilişlərdə yoxdur, əlçatmazdır. Say-seçmə verilişə gedir. Bu danışanlar əlçatmaz deyil axı. İnciməsinlər, fakt belədir. Necə demək olar ki, zəng edim söyləyim, verilişə gəlirəm, amma min manat ayır. Cavab verərlər ki, bağışla bizi, öpürəm səni".

Qeyd edək ki, müğənnilər Natavan Həbibi, Xatirə İslam, reper Elşad Xose verilişlərə qatılmaq üçün qonorar istəyib. //axsam.az

Paylaş
Xəbər lentİ