"Övlad itkisinə dözmək çox ağırdır" - Fatma Mahmudova

Oxunma sayı: 232
8-06-2022, 08:46

"Övlad itkisinə dözmək çox ağırdır" - Fatma Mahmudova
"Hər bir dərdə, çətinliyə, dözmək olar. Amma övlad itkisinə dözmək çox ağırdır. Allah heç bir ananı övladı ilə imtahana çəkib, gözüyaşlı qoymasın. Çünki bunları mən yaşamışam".


Arasdırma.info xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova qonaq olduğu "Bizimləsən" proqramında deyib. Aktrisa yaşadığı çətinliklərdən danışıb:

"Nə qədər əməliyyatlar keçirtmişəm. Başıma min müsibət gəlib, amma televiziya vasitəsi ilə heç kimdən nəsə istəməmişəm. O qədər problemlərim var ki... Problemlər üçün buraya çıxmamışam. Hər zaman tamaşaçılara gülüş bəxş eləmişəm. İstəmirəm ki, içimdəkilərin cüzi hissəsini belə tamaşaçılar hiss eləsin".

Aparıcı Zaur Baxşəliyevin "Siz oğlan övladınızı itirmisiniz" sualına F.Mahmudova belə cavab verib:

"Bu haqda danışmaq istəmirəm. Mən o əzabı çəkmişəm. Ömrümboyu da o əzabı çəkəcəyəm".//axsam.az

Paylaş
Xəbər lentİ