"Rəhim Rəhimli performansı, şousu olan müğənnidir. Səhnə Rəhim üçün balacadır. Küsülüyük, qanlı bıçağıq. O şounu balaca restoranda necə göstərsin? Ona sponsorluq et, böyük konsert versin və pul qazan".
Arasdırma.info xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Xəbər-ətər" proqramında deyib. Sənətçi həmkarı Rəhim Rəhimli ilə küsülü olduğunu bildirib:
"Elə qadınam ki, mənə dəyməyəndə onunla işim olmur. Mənim haqqımda efir xatirinə lazım olmayan nəyisə deyəndə inciyirəm. Adımı brendləşdirmişəm. Bununla hər kəs hesablaşmalıdır. Hamının adıyla hesablaşıram".
Qeyd edək ki, Rəhim Roza haqda "Musiqiçilər zəng etdi ki, Roza bizi işlətdi və pul vermədi. Dedim, ola bilməz. Həmin konsertdə mən də olmuşam. Kim olursa olsun, pulunuzu vermirsə yıxıb-sürüyərəm. Musiqiçinin pulunu verməmək nə deməkdir? Bu söhbəti bağlayın, musiqiçinin pulunu özümüz verərik. Rozaya nə olub?" sözlərini söyləyib.
R.Zərgərlinin R.Rəhimliyə cavabında "Rəhmətlik" sözünü deyib.//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70