Azərbaycan yas içindədir, Şəbnəm konsert verir: "BİABIRÇILIQDIR!"

Oxunma sayı: 237
18-09-2022, 16:53

Azərbaycan yas içindədir, Şəbnəm konsert verir: "BİABIRÇILIQDIR!"
Müğənni Şəbnən Tovuzlu İsraildə konsert verəcək.

Sənətçi konserti tək yox, digər azərbaycanlı müğənni Elvin Babazadə ilə birlikdə verəcək.

Bu barədə Manset az-a danışan İsraildəki azərbaycanlılar Şəbnəm Tovuzluya qarşı üsyan ediblər.


"Bizim içimiz burda qan ağlayır. Hər gün şəhidlərə, şəhid tabutlarına baxıb ağlayırıq. Şəbnəm də bura konsertə gəlir. Ayıb deyil, sən pulunu almısan, sənə nə var, gəlirsən. Biz sənin bura gəlməyini istəmirik. Səni İsraildə tanıyan var, israillilər üçün gəlmirsəki sən, azərbaycanlılar üçün gəlirsən, bizdə istəmirik. Ayıbdır, şəhidlərin ailələrindən utan, biabırçılıqdır."


Konsert 21 Sentyabrda İsrailin Aryuda şəhərində, restoranda baş tutacaq.

Paylaş
Xəbər lentİ