"Öləndə videolarımı paylaşmayın" - Elgizin vəsiyyəti

Oxunma sayı: 210
6-10-2022, 08:14

"Öləndə videolarımı paylaşmayın" - Elgizin vəsiyyəti

“Ölüb edərəm, bunu demək istəyirəm, koranavirus olanda, xəstəxanada yatanda bəzi dostlarıma video göndərmişəm. Birdən başıma iş gələr, Allah haqqı ruhum tutar sizi. Onları qəti paylaşmayın. Bunu qətiyyən istəmirəm”.


Arasdırma.info xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz verilişində deyib. O, ölümündən sonra bəstəkar-müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı dostlarına göndərdiyi videoların yayılmasına münasibət bildirərək bu hərəkəti tənqid edib. Bu səbəbdən aparıcı dostlarına vəsiyyət edib:

“Bilirəm, Rəhim də çox narazı qalardı, çünki ictimaiyyətdən gizlədirdi. O, istəmirdi ki, onu xəstə kimi görsünlər: canı ağrıyan halda. Xəstəlik elə bir şeydir ki, hamının qapısını döyə bilər. Bu dəqiqə həkimlər gəlib müayinə etsələr, Allah bilir hərəmizin canında nə qədər dərdimiz var. Öz adımdan deyirəm, xəstə olan zaman orada çəkdiyim, hansı ki, vəziyyətim ağır idi, o şəkildə həyatda görünmək istəmərəm. Belə şeylər etməyin, tərəfdarı deyiləm". //axsam.az

Paylaş
Xəbər lentİ