Aygün Bəylər efirdə ağladı: "İnsan sonunda tək qalır"

Oxunma sayı: 201
8-11-2022, 14:12

Aygün Bəylər efirdə ağladı: "İnsan sonunda tək qalır"
"Bu kişilər (şair Baba Vəziroğlu və bəstəkar Kamal - red.) bilirlər kimin üçün hansı mahnıları ərsəyə gətirirlər. Danışıram gözlərim dolur. Kövrəldim (ağlayır). İnsan sonunda tək qalır. Bu boyda sənətlə tək qalmaq olmaz. Bir insan həvəslə sənətə gəlir".

arasdirma.info verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Xəzərin sahilində" proqramında deyib. Muğam ifaçısı sənətindən danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Hamısını da uşaqlıqdan görmüşəm. Saçım-başım ağarıb. Uşaq filarmoniyasında böyümüşəm. Gördüm ki hamısının səhnədə uşaqları var, amma özləri yoxdurlar. Onlar məni bu sənətə həvəslə göndəriblər. Atalıq, qardaşlıq, dayılıq, əmilik ediblər".

Qeyd edək ki, Aygün Bəylər uzun müddətdir xərçənglə mübarizə aparır.axsam.az

Paylaş
Xəbər lentİ