Röya Ayxan: “Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm”

Oxunma sayı: 109
19-06-2023, 23:44

Röya Ayxan: “Ərəb şeyxi tapsam, səhnədən gedəcəyəm”
“Həyatımda inandığım dostlar var idi. Lazım olmayan şəkillər çəkdirmişdim. Onları silib atardım”.

Bu sözləri Xalq artisti Röya Ayxan verilişlərin birində deyib. O, “Həyatınızdan hansı ili silərdiniz?” sualına cavabında bu sözləri işlədib.

Bundan əlavə, pop ulduz aparıcının suallarını cavablandırarkən fanatı olduğu sənətçilərdən də danışıb:

“Çoxdurlar. Amma Zülfiyyə Xanbabayevanın adını çəkmək istəyirəm”.

Həmçinin, Röya heç vaxt ailə qurmayacağını bildirib. İfaçı zarafatyana deyib ki, ərəb şeyxi taparsa, səhnədən uzaqlaşacaq.

“Çoxdandır, borcum yoxdur. Ancaq dostlarıma borcluyam. İtirməkdən, tənha qalmaqdan çox qorxuram”, - deyə Xalq artisti sözlərinə davam edib.

R.Ayxan bildirib ki, ən böyük arzusu oğlu Hüseynin ali məktəbə daxil olmasıdır. //olay

Paylaş
Xəbər lentİ