Yeddi il əvvəl tikilən bağça niyə istifadəyə verilmir? - VİDEO

Oxunma sayı: 99
7-07-2023, 21:57

Yeddi il əvvəl tikilən bağça niyə istifadəyə verilmir? - VİDEO
Tərtərdə 7 il əvvəl tikilən bağça hələ də istifadəyə verilməyib.

Arasdırma.info xəbər verir ki, Tərtərdə 2016-cı ildə rəsmi açılışı olan bağçanın qapıları illərdir açılmır.

Sakinlərin sözlərinə görə, uşaq bağçasının tikintisi 2014-cü ildə başlanılıb. 2016-cı ilin dekabr ayında isə rəsmi açılışı olub.

Bildirilib ki, uşaq bağçasında dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, kompüter və digər texniki otaqlar var.

İki mərtəbədən ibarət olan bağça 100 yerlikdir. Sakinlər bir neçə ildir ki, tikintinin başa çatdığını, ancaq bağçanın istifadəyə verilmədiyini bildiriblər.
Bu səbəbdən valideynlər məcbur olub uşaqlarını ətraf ərazilərdə yerləşən bağçalara göndərirlər.

Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətindən bildiriblər ki, bağça özəl sektora məxsusdur və pullu olduğu üçün sakinlərin maraq dairəsində olmayıb:

“Son illər rayon ərazisində bir neçə dövlət bağçasının əsaslı təmiri və ya yenidən tikilərək istifadəyə verilməsi sözügedən bağçaya marağı azaldıb”.

Paylaş
Xəbər lentİ