Kolleclərə sənəd qəbulunun vaxtı elan olundu

Oxunma sayı: 84
11-08-2023, 08:10

Kolleclərə sənəd qəbulunun vaxtı elan olundu
Avqustun 14-ü saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

Arasdırma.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.//publika

Paylaş
Xəbər lentİ