ATU-da yüksək vəzifəyə TƏYİNAT

Oxunma sayı: 404
25-09-2020, 14:52

ATU-da yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub.

Bunu Cahantv.az-a ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.

O qeyd edib ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.

Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.

Paylaş
Xəbər lentİ