Arasdirma.info

Sümük bulyonunu içməyin bilmədiyiniz faydaları

13-01-2020, 08:05

Sümük bulyonunu içməyin bilmədiyiniz faydaları
Nə edim ki, həm daxilən, həm zahirən sağlam olum deyirsizsə, ailəlikcə adi sümük qaynadılmış bulyon içməyə adət edin. Həftədə ən azı 2-3 dəfə içərisinə əlavə heç nə qatılmayan bulyon için.

Arasdırma.info Medicina.az-a istinadən bulyonun bilmədiyiniz faydalarını təqdim edir:

- Kollagenlə zəngin olduğundan birləşdirici toxuma, bağlar və dərinin vəziyyətini yaxşılaşdırır, dərinin tonusunu artırır. Sellülitə qarşıdır;

- Qaraciyərin işini yüngülləşdirir, çünki bulyondakı qlisin qaraciyəri toksinlərdən təmizləyir;

- Bağırsağın selikli qişasını qoruyur, hiperkeçiriciliyini azaldır, bağırsaqdan qaynaqlanan allergiya və toksinləşməyə qarşıdır;

- Sümük və oynaqlardakı, orqanlardakı iltihabi prosesi götürür. Bulyonda olan aminturşuları bütün orqanizmdə iltihab ocaqlarını tapıb təmir edir;

- Əzələ və oynaqlarda ağrını azaldır. Yeni toxuma hüceyrələri yaranmasına dəstək olur. Jelatin və qlisin oynaq və qığırdaqları bərpa edir;

- Virus və bakteriyalarla mübarizə aparan maddələr var. Mineral və amin turşuları tez sağalmanı sürətləndirir, immuniteti möhkəmləndirir;

- Minerallar, kalsiumun mənimsənilməsini artırır. Tabletlərdənsə bulyondakı vitamin və minerallar yaxşı qana, bədənə sovrulur;

- Həzmi yaxşılaşdırır, qəbizliyə qarşıdır, zülal və yağları parçalayır

- Sümükləri, dişləri möhkəmləndirir. Uşaq və yeniyetmələr üçün, eləcə də menopauza öncəsi vacibdir;

- Əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır. Stres və gərginliyi azaldır, hiperaktiv uşaq və gənclərə lazımdır;

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN