Paytaxtda ağac arxasında “gizlənən” yol nişanı - VİDEO

Oxunma sayı: 225
2-11-2021, 21:37

Paytaxtda ağac arxasında “gizlənən” yol nişanı - VİDEO
Səbail rayonunda sürücülər yol nişanının düzgün yerdə olmadığından şikayətlənirlər.

Arasdırma.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Söhbət “Səadət sarayı”ndan Axundov bağına gedən avtomobil yolunda qoyulan yol nişanından gedir.

Sürücülərin sözlərinə görə, “3.1 Giriş qadağandır” nişanı yolun solunda qalır və ağacların arxasında olduğu üçün görünmür. Bu səbəbdən də sürücülərə cərimə tətbiq edilir.

“Xahiş edirik ki, aidiyyəti qurumlar yol nişanını daha görünən yerə köçürsünlər”, - deyə sürücülər bildiriblər.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Cahantv.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uyğun yerdə olmayan və ya standarta cavab verməyən yol nişanları var:

“Ötən müddətdə onlar aşkar edilərək dəyişdirilir. Bu ərazidəki nişanın yeri də dəyişdiriləcək”.//oxu

Paylaş
Xəbər lentİ