Anomal soyuq olacaq, temperatur -50 dərəcədən aşağı düşəcək

Oxunma sayı: 47
2-12-2023, 09:08

Anomal soyuq olacaq, temperatur -50 dərəcədən aşağı düşəcək
Rusiyanın əksər ərazisini yaxın günlərdə anomal soyuq hava gözləyir, bəzi bölgələrdə şaxtalar mənfi 40-50 dərəcəyə çatacaq.

Arasdırma.info report-a istinadən xəbər verir ki, bunu TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.


Onun sözlərinə görə, dekabrın 2-dən 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Krasnoyarsk, Maqadan və Xabarovsk əraziləri, Yakutiya və Çukotka ərazilərini xüsusilə soyuq hava gözləyir:

"Taymir və Evenki vilayətlərində (Krasnoyarsk diyarı - Qeyd) havanın temperaturu 35-42 dərəcə şaxta olacaq. Yakutiyada, Maqadan diyarında və Çukotkada mənfi 43-49 dərəcə, Yakutiyada - hətta bəzi yerlərdə mənfi 54 dərəcəyədək soyuq olacaq".

Paylaş
Xəbər lentİ