Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı

Oxunma sayı: 83
27-05-2024, 20:41

Marşrut avtobusu sürən “Batya Vasmoyski” işdən çıxarıldı
"Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov daha sonra saytımıza açıqlama verərək bildirib ki, B.Ağaməmmədov mayın 24-ü işdən çıxıb: "Sürücü mayın 7-si işə qəbul olunub və sınaq müddəti verilib. 24 may tarixində sürücü öz istəyi ilə işdən azad edilib. Onun sağlamlığına dair sənədi də təqdim etmişik".

Maraqlıdır ki, B.Ağaməmmədovun avtobus sürücüsü kimi iş başında olmasını əks etdirən görüntülər mayın 24-ü axşam saat 19:30 radələrində lentə alınıb. Və həmin gün sürücü iş başında olub.

Əgər B. Ağaməmmədov hazırda sürücü kimi fəaliyyət göstərmirsə, şirkət "3 gün əvvəl işdən çıxardığı" əməkdaşı niyə bu gün, daha dəqiq bir saat əvvəl təcili narkoloji yoxlamaya göndərib?..

Paylaş
Xəbər lentİ