"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev həbs olunub.
Arasdırma.info xəbər verir ki,bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Onun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Belə ki, Surxay Əliyev barəsində həbs qəti-imkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, Surxay Əliyev bir neçə il bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) ittihamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkum edilmişdir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70