Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR

Oxunma sayı: 651
25-07-2020, 17:37

Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR
Ötən gün redaksiyamıza Biləsuvar rayon sakini Mirzəyev Saleh Balağa oğlu məktub ünvanlayıb.
Məktubda həmin rayon Nəsimi kənd sakini ona qarşı verilən məhkəmə qərarından narazıdır.Təbii ki,birinci qərar yerli Biləsuvar rayon Məhkəməsi tərəfindən verilib.Hazırda vətəndaş Apellyasiya şikayəti verməyə hazırlaşır.Amma , onun başına gələn əhvalatda günahın qarşı tərəfdə olduğu halda,məhkəmənin haqsız qərar verməsi məsələnin ictimailəşməsi və haqqının daha yuxarı səviyyədə tələb olunmasını istəyir.
Belə ki,məktubda qeyd olunan hadisə 28.06.2020 - ci il tarixində Biləsuvar rayonu Nəsimi kəndi ərazisində baş verib.Sadə kəndli olaraq Saleh Mirzəyevin 70 baş xırda buynuzlu heyvanı örüşdən gələrkən HO28498 nömrə nişanlıToyota HilUX avtomobili tərəfindən vurulub.Ona yaxın heyvan tələf olub.Hadisə yerində sürücü günahkar olduğunu desə də,sonradan hansı yollarla sa,məsələni öz xeyrinə həll edib.Kəndlini arxayın edib ki,dəymiş ziyanı ödəyəcək.Lakin,son zamanda məhkəmə yolu ilə qərarı öz xeyrinə həll edib və günahkar olaraq Saleh Mirzəyev Məhkəmənin qərarı ilə 80 AZN cərimə olunub.Hələ bu azmış kimi,Sığorta şirkəti avtomobilə dəymiş ziyan olaraq indan 3170 AZN də tələb edir.
Maraqlısı budur ki,vətəndaş ilkin istintaqın düzgün aparılmadığını və bu işdə qarşı tərəfə Biləsuvar DYP-nin əməkdaşı Mehdi müəllimin kömək etməsini vurğulayır.İzahatın alınmasında təzyiq olunduğunu və müxtəlif yalan ifadələrdən istifadə olunduğunu qeyd edir.Saleh Mirzəyevin fikrincə saatda 50 km sürətlə hərəkət edən avtomobil bu hala düşməz və bu qədər heyvan tələfatına səbəb ola bilməzdi.Ekspert rəyi də yanlışdır.Məhkəmədə şahidlər dindirilməyib.
Onu da qeyd etmək lazımdır ki,Saleh Mirzəyev .230 manat təqaüdlə dolanır.Ailəsində 2-ci qrup əlil də var.Bundan başqa imkansızlıqdan fermerlərə verilən kreditdən yararlanmaq üçün 2000 AZN borc da götürüb.Hazırda haqqının bərpa olunmasını və ona dəyən ziyanın ödənilməsini və sığorta şirkətinin tələbini rədd edir.
Hadisə şahidlərinin dediyinə görə sürücü içkili olub və avtomobili kənd yerində yüksək sürətlə sürüb.Bütün bunların yenidən yoxlanılması və düzgün qərar qəbul edilməsi üçün müxtəlif yuxarı instansiyalara müraciət ünvanlanıb.
Ümid ediri ki.haqq ədalət öz yerini tapacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyəı hazırıq.
Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR
Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR
Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR
Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR
Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR
Məhkəmənin haqsız qərarı fermeri müflis etdi -FOTOLAR

Paylaş
Xəbər lentİ