DTX Biləsuvarda əməliyyat keçirir – İH-dən açıqlama

Oxunma sayı: 543
2-09-2020, 22:58

DTX Biləsuvarda əməliyyat keçirir – İH-dən açıqlama
Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda əməliyyat keçirməsi barədə bizdə rəsmi məlumat yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Biləsuvar İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin İsgəndərov deyib. O, İcra Hakimiyyətində deyil, rayon ərazisində DTX-nın əməliyyat keçirməsi barədə söyləntilər olduğunu təsdiqləyib:

“Rayon ərazisində bu barədə söz-söhbət var. Amma bununla bağlı hələlik rəsmi məlumat yoxdur. Bizə əvvəlcədən rayon ərazisində əməliyyat keçirilərsə, hüquq-mühafizə orqanlarından məlumat verilir. Amma hazırda bununla bağlı rəsmi məlumat yoxdur. İcra başçısı iş başındadır”.

Qeyd edək ki, Bakipost.az Dövlət Təhlükəsizlik Xidməti Biləsuvar rayonunda əməliyyat keçirdiyini, bir neçə vəzifəli şəxsinin həbs olunduğunu yazıb.

Unikal.org isə Biləsuvar rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyevin saxlanıldığını qeyd edib.

Paylaş
Xəbər lentİ