Qarabağa 8 hərbi helikopter göndərildi - Məqsəd... - VİDEO

Oxunma sayı: 328
12-11-2020, 14:51

Qarabağa 8 hərbi helikopter göndərildi - Məqsəd... - VİDEO
Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyata cəlb ediləcək.

Publika.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcək", - açıqlamada deyilir.

Bu çərçivədə “An-124 Ruslan” hərbi nəqliyyat təyyarəsi 8 ədəd Mi-8 və Mi-24 helikopterini İrəvan aerodromuna çatdırıb.

Bundan əlavə, helikopterlər sülhməramlı kontingentin heyətini və əşyalarını daşınması çətin olan ərazilərə köçürmək üçün istifadə olunacaq.

Paylaş
Xəbər lentİ