Zakir Fərəcovun restoranında toy məclisi - Polis əməliyyat keçirdi

Oxunma sayı: 279
6-03-2021, 23:33

Zakir Fərəcovun restoranında toy məclisi - Polis əməliyyat keçirdi
Dünən Sumqayıt şəhərində yerləşən “Poseydon” restoranında keçirilən toy mərasimi polis əməkdaşları tərəfindən yaxalanıb.

Arasdırma.info "Konkret"ə istinadən xəbər verir ki, məlumatda təxminən 150 nəfərin toplaşdığı məclisdə karantin qaydalarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata əsasən, polis əməkdaşları tərəfindən vaxtında aşkar edilən məclis tez bir zamanda ləğv edilərək, iştirakçılar barədə inzibati tədbirlər görülüb.

Deyilənə görə, sözügedən restoranda pandemiya dövründə bundan öncə də dəfələrlə toy-nişan məclisləri təşkil edilib.


Qeyd edək ki, iddialara görə, adıçəkilən restoran şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur və məclisin dağılma anında o, özü də orada iştirak edib.

Paylaş
Xəbər lentİ