İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır

Oxunma sayı: 236
7-06-2021, 09:04

İyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlar başlayır
Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.

Arasdırma.info “Report”a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.

Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.

Paylaş
Xəbər lentİ