Gender bərabərliyi ölkəmizdə necə qorunur? - AÇIQLAMA

Oxunma sayı: 227
9-07-2021, 08:14

Gender bərabərliyi ölkəmizdə necə qorunur? - AÇIQLAMA
"Azərbaycanda qadınlar ənənəvi və qeyri-ənənəvi sahələrdə kişilərlə bərabər əmək bazarında təmsil edilirlər. Yeraltı işlərdə, səhiyyə, təhsil sektorunda, diplomatiya sahəsində, dövlət idarəçiliyində təmsil edilirlər. Xüsusilə də parlament seçkilərində çox gözəl nailiyyətlər əldə edilib. Sonuncu seçkilərdən sonra son 20 ildə qadınların parlamentdə təmsilçiliyi 18.2 faizə qədər artıb. Bələdiyyə seçkilərində 2004 ilə 2020-ci ili müqyisə etsək, qadınların təmsilçiliyi 4 faizdən 39 faizə qədər artıb. Onlardan 30 faizi isə həmin bələdiyyələrin sədridir. Gender ayrı seçkiliyi ilə mübarizə sahəsində yaxşı nailiyyətlər əldə edilib. Bunlardan biri də gender təminatı haqqında qanunun var olmasıdır".

Arasdırma.info xəbər verir ki,bu sözləri Sonxeber.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, bu sahədə boşluqlar da var:

"Çox təəssüflər olsun ki, gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının müdafiəsi ilə bağlı milli fəaliyyət planı qəbul edilməyib. Bu problem də aradan qaldırılmalı və hökumət tərəfindən qəbul edilməlidir. Bu yaxınlarda Dövlət Komitəsi onun layihəsini hazırlayıb. Ümid edirik ki, bu il çərçivəsində dövlət qurumları ilə yanaşı, rəy və təkliflər nəzərə alınmaqla həmin milli fəaliyyət planı qəbul ediləcək.

Gender bərabərliyi haqqında ekspertiza keçirilib. İlk dəfə Azərbaycan tarixində təsdiq edilən kurikulum gender bərabərliyi üzrə dövlət qulluqçuları üçün sənəddir. Həmin sənəd beynəlxalq və milli səviyyədə təsdiq edilib, elmi kod da alınıb. Kurikulum sənədi vasitəsilə dövlət qulluğunda gender bərabərliyinə daxil olunur. Eyni zamanda təlim və ixtisasartırmada gender komponenti nəzərə alınacaq.

Gender bərabərliyi sahəsində milli qanunvericilik möhkəmləndirilməlidir. Bunun üçün də dövlət komitəsi tərəfindən vacib tədbirlər davamlı şəkildə həyata keçirilir. Gender bərabərliyi və ayrıseçkiliklə mübarizə, genderə əsaslı cinayət məcəlləsinin 154-cü maddəsinin tətbiqi ilə bağlı problemlər var. Bu sahədə də təlimlər keçirilməli, həm media nümayəndələri üçün, həm də həssas kateqoriyada olan vətəndaşlar üçün streotiplərin aradan qaldırılması istiqamətində işlər davam etdirilməlidir".

Paylaş
Xəbər lentİ