Tehranda məhbuslar üsyana qalxdılar - Yaralılar var - VİDEO

Oxunma sayı: 118
16-10-2022, 08:23

Tehranda məhbuslar üsyana qalxdılar - Yaralılar var - VİDEO
İranın paytaxtı Tehranda yerləşən “Evin” həbsxanasında yanğın baş verib.
Arasdırma.info xəbər verir ki, hadisə yerində silah səsləri eşidilib.
Yanğının həbsxanada məhbuslar tərəfindən başladılan üsyan nəticəsində yarandığı bildirilir.
İranın Dövlət İnformasiya Agentliyi (IRNA) təhlükəsizlik rəsmisinə istinadla bildirib ki, Tehranın Evin həbsxanasında məhbuslar tərəfindən paltarların saxlandığı anbar yandırılıb.
Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir. Hadisə nəticəsində ölən olmasa da, 8 nəfərin yaralandığı qeyd olunur.
“Yanğın lokallaşdırılıb, ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün iş gedir”, - agentlik fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərindən sitat gətirir.
Qeyd edək ki, həbsxanada siyasi işlərə görə məhkum olunmuş şəxslərlə yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.
Qeyd edək ki, “Evin” həbsxanası qorxulu hekayətləri ilə ad çıxarıb.
Tehranın şimalında 43 hektarlıq ərazini tutan bu həbsxanada siyasi məhbuslar da daxil minlərlə dustaq saxlanır.
İnsan haqları fəalları “Evin” həbsxanasında məhbuslara qarşı müxtəlif qanunsuzluqların sistematik hal aldığını bildirirlər.
2014-cü ildə “Evin” həbsxanasının siyasi məhbuslar, jurnalistlər, alimlər və ziyalılar saxlanan sektorunda nəzarətçilərin dustaqları döymələri ilə bağlı İranın penitensiar xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmışdı.//bakupost

Paylaş
Xəbər lentİ