15 gwn sonra möcüzə... - 90 yaşlı qadın və oğlu xilas edildi

Oxunma sayı: 103
21-02-2023, 20:51

15 gwn sonra möcüzə...  - 90 yaşlı qadın və oğlu xilas edildi
6 fevralda Türkiyədə baş verən zəlzələnin 384-cü saatında 90 yaşlı qadın və onun 70 yaşlı oğlu xilas edilib.

Arasdırma.info Redaktor.az-a istinadən xəbər verir ki, 11-ci mərtəbə yaşayan 70 yaşlı Hanifi Akgün və 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.

Xilasetmə tədbirlərindən sonra ana və oğul xəstəxanaya yerləşdirilib.

Zəlzələdən keçən 2 həftə ərzində müəllim olan oğul çətin şərait olsa da, anasının sağlamlığının qeydinə qalmağa çalışıb.

Paylaş
Xəbər lentİ