Vardanyan getdi: Onu Rusiya belə qoruya bilmədi

Oxunma sayı: 99
23-02-2023, 21:07

Vardanyan getdi: Onu Rusiya belə qoruya bilmədi
Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılması Bakının əsas tələblərindən biri idi və bunun baş verməsi müəyyən nəticələri də ön plana çıxarır:



1. Bakının Xankəndi üzərində siyasi təsirinin hansı səviyyədə olduğu göründü;



2. Qarabağdakı erməni əhali Bakının təsir gücünün əyani şəkildə şahidi oldu: Vardanyan erməni əhalisinə “pul buraxaraq” özünü “xilaskar” kimi göstərməyə başlamışdı, onun göndərilməsi əhali arasında Azərbaycanla hesablaşma məcburiyyətini artırır; həmçinin, “separatçı rejimin Rubeni göndərməklə Bakının tələbi icra olundu” rəyi erməni əhalisinin Araik və dəstəsinə inamını da azalda biləcək amildir;



3. Vardanyanı Rusiyanın belə “qoruya bilməməsi” separatçılarda da, erməni əhalisində də sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını zəiflədir;

Paylaş
Xəbər lentİ