2023-cü ilin "Oskar" mükafatının qalibləri məlum olub

Oxunma sayı: 107
13-03-2023, 07:56

2023-cü ilin "Oskar" mükafatının qalibləri məlum olub
Mişel Yeoh “Hər şey hər yerdə və dərhal" filmindəki roluna görə "ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb.

Arasdırma.info xəbər verir ki, qaliblər ABC kanalında canlı yayımda elan edilib.

Eyni zamanda rejissorlar Den Kvan və Daniel Şeynert “Hər şey hər yerdə və dərhal" filmindəki işlərinə görə "Oskar" mükafatını qazanıblar.

Amerika aktyoru Brendan Freyzer "Balina" ("The Whale") filmindəki roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar" mükafatını alıb.

“Ən yaxşı orijinal ssenari” nominasiyasında "Oskar" mükafatını isə “Hər şey hər yerdə və dərhal" filmi alıb.

Ceyms Kemeronun “Avatar: Su yolu” (2022) filmi "ən yaxşı vizual effektlər" üzrə mükafat qazanıb.//report

Paylaş
Xəbər lentİ