Sosial şəbəkələr meydanda futbolçulara mane olur?

Oxunma sayı: 67
11-11-2023, 23:58

Sosial şəbəkələr meydanda futbolçulara mane olur?
"Birmingem"in baş məşqçisi Ueyn Runi hesab edir ki, mobil telefonlar və sosial media oyunçuların meydanda ünsiyyətinə mənfi təsir göstərir.

Arasdırma.info publika.az-a istinadən xəbər verir ki, Runi insanların üz-üzə təmasdan imtina etdiklərini bildirib.

"Mən oyunçularla hər zaman ünsiyyət haqqında danışıram. Tək burada yox, istənilən komandada görürsən ki, meydanda ünsiyyətdə olan, bir-birinə kömək edən insanlar meydanda azdır. İnsanlar telefonlarında, sosial mediada nə qədər vaxt keçirirlər... Ən əsası - bir insanla üz-üzə danışmaqdansa, telefonda və bu platformalar vasitəsilə söhbət etmək çox asandır.


Təbii ki, bu illər ərzində futbol meydançasında hər şey dəyişib, buna şübhə yoxdur. Müdafiəçi olanda orta sahə oyunçuları ilə danışmalı, onlardan sola, sağa hərəkət etmələrini, topa yaxınlaşmalarını istəməlisən. Yarımmüdafiəçi olduğunuz zaman hücum edən oyunçularla danışmalısınız və bu, komanda yoldaşlarınıza kömək edir. Futbol belə işləyir və həmişə də belə olub.

Müdafiəçi olaraq arxadan yarımmüdafiəçidən daha çoxunu görə bilərsiniz. Eyni şey qapıçı və arxa dördlük üçün də keçərlidir. Söhbət kömək edir və bu, meydanda həmişə belə olub", - deyə "English Accent" teleqram kanalı Runidən sitat gətirib.

Paylaş
Xəbər lentİ