Moskvada çeçenlər və azərbaycanlılar atışdılar - YENİLƏNİB

Oxunma sayı: 36
22-05-2024, 08:04

Moskvada çeçenlər və azərbaycanlılar atışdılar - YENİLƏNİB
Moskvada miqrantlar arasında kütləvi dava və atışma baş verib.

Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İlkin məlumata görə, bir nəfər ölüb, 4 nəfər yaralanıb. Dava edənlər daha sonra maşınlara minərək qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha sonra aydın olub ki, öz aralarında atışan qruplar çeçenlər və azərbaycanlılar olub. Musavat.com bu dəqiqləşməni “Moskovski Komsomolets” portalına istinadla yayır.

Münaqişədən sonra Biryulyovo ərazisində atışma baş verən yerdə səpələnmiş gilizlər qalıb. Münaqişədə kadrlara düşən “BMW” axtarışa verilmişdi. Sonuncu dəfə kameralar onu Podolsk Kursantov küçəsində görüblər.

Son məlumatlara görə, Medınskaya küçəsində baş verən davada təxminən 15 nəfər iştirak edib.//konkret

Paylaş
Xəbər lentİ