Çinin ən hündür şəlaləsi də "kitayski" imiş

Oxunma sayı: 46
8-06-2024, 08:20

Çinin ən hündür şəlaləsi də "kitayski" imiş
Çinin ən hündür şəlaləsi kimi təqdim edilən Yuntay dağı şəlaləsinin əslində təbii olmadığı və suyun boru vasitəsilə təmin edildiyi üzə çıxıb.

Arasdırma.info xəbər verir ki, milyonlarla turistin gəzməyə gəldiyi şəlalə ilə bağlı üzəçıxan məlumat sərt reaksiyalara səbəb olduğunu görən rəsmilər üzr istəyərək borunun isti aylarda şəlalədə suyun səviyyəsini saxlamaq üçün istifadə edildiyini iddia edib.

Turistlərdən birinin öz sosial şəbəkə hesabında paylaşdığı video nəticəsində Çinin gursulu şəlaləsi kimi tanınan və UNESCO-nun Qlobal Geopark siyahısında olan 312 metrlik Yuntay şəlaləsinə suyun boru ilə verildiyi məlum olub.//lent.az

Paylaş
Xəbər lentİ