Vahid Ələkbərov 4,77 milyard dollar itirdi

Oxunma sayı: 441
1-07-2020, 10:39

Vahid Ələkbərov 4,77 milyard dollar itirdi
Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən bu yana 31,81 milyard dollar azalıb.

Arasdırma.info xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, rusiyalı milyarderlər arasında ən böyük itkiyə Leonid Mixelson məruz qalıb. Mixelsonun 5,76 milyard dollar itirdiyi bəlli olub.

“Lukoyl”un rəhbəri Vahid Ələkbərovun itkisi 4,77 milyard dollar təşkil edib. Bununla onun sərvəti 17,5 milyard dollara düşüb.Axar.az

Paylaş
Xəbər lentİ