NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz..."

Oxunma sayı: 868
6-12-2018, 02:23

NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz..."
ABŞ-ın Milli Asronavtika və Kosmos İdarəsinin (NASA) SETİ (Yer kürəsindən kənar ağıllı həyat araşdırmaları) qurumunda işləyən Silvano Kolombano Uçan Naməlum Obyektlər (UNO) və yadplanetlilər haqqında ilginc açıqlama verib.

Milli.Az xəbər verir ki, NASA mütəxəssisi yadplanetlillərin artıq Yer kürəsinə səfər etmiş ola biləcəyini deyib.

Onun sözlərinə görə, yadplanetlilər olduqca kiçik ölçülərə sahib ola bildikləri üçün insanlar onları görməyiblər.

"Super zəkalı yadplanetlilər insanların xəyal belə edə bilməyəcəyi ulduzlararası səyahəti təmin edən bir texnologiyaya sahib ola bilərlər", - deyə NASA mütəxəssisi bildirib.

Qeyd edək ki, həmin alim ötən il verdiyi açıqlamada qeyd etmişdi ki, insanlar yadplanetlilərin görünüşü, yaşayış tərzi və sahib ola biləcəkləri potensial haqqındakı fərziyyələrini yenidən nəzərdən keçirməlidirlər. Çünki yadplanetlilər super-kiçik quruluşda və super-böyük potensialda ola bilərlər. (publika.az)

Paylaş
Xəbər lentİ