"Oğlumun üç ayağını mənə verdilər" - əsl erməni faciəsi - FOTO

Oxunma sayı: 274
4-06-2021, 08:16

"Oğlumun üç ayağını mənə verdilər" - əsl erməni faciəsi - FOTO

Oğlum Qarabağda döyüşlərdə itkin düşüb. Həlak olduğunu deyirlər. Amma inanmıram".

Ermənistanın Eçmiədzin şəhərinin sakini Anait Adoyan belə deyir.

Arasdırma.info Pastİnfo-ya istinadən bildirir ki, Anaitin oğlu ötən ilin sentyabrın 27-də başlanan və noyabrın 9-da başa çatan İkinci Qarabağ Savaşı günlərində Ermənistan Müdafiə Nazirliyinin Eçmiədzindən hərbi çağırışa cəlb edərək Qarabağa, döyüşlərə yolladığı 41 erməni gəncdən biridir.

Həmin ermənilərin 30-nun taleyi hələ də bəlli deyil.

"Oğlumun üç ayağını mənə verdilər" - əsl erməni faciəsi - FOTO

Əvvəlcə bu ermənilərin Qarabağda PUA zərbəsi nəticəsində həlak olduqları deyilirdi. Sonra iddialar dolaşdı ki, onlar itkin düşüblər.

"İrəvana, Müdafiə Nazirliyinə yollandım. Orada məni morqa göndərdilər ki, oğlum həlak olub, cəsədi oradadır. Morqda da mənə üç ayaq verdilər ki, "al, oğlunun ayaqlarıdır". Soruşanda ki, üç ayaq niyə, ayaqlardan birini götürüb kənara atdılar", - Anait Adoyan söyləyib.

A.Adoyanın dediyinə görə, oğlunu Zəngilan rayonuna yollayıblar: "Halbuki həmin vaxtda o rayon azərbaycanlıların nəzarətindədir. Oğlumla birlikdə Zəngilana göndərilmiş əsgərlərdən Artakın, Gegamın, Arturun, Aleksandrın sağ olduqları deyilir. Daha bir nəfər artıq evə qayıdıb. Oğlumdan isə xəbər yoxdur".

Paylaş
Xəbər lentİ