Bir stəkan suya 15 min dollar bəxşiş verdi

Oxunma sayı: 238
7-06-2021, 09:07

Bir stəkan suya 15 min dollar bəxşiş verdi
Dünyaca məşhur erməni əsilli Kim Kardaşyandan boşanan amerikalı repçi Kanye Uest bu dəfə səxavətli olması ilə gündəmə gəlib.

Arasdırma.info “unikal.org”a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki striptiz klublarının birində barmen işləyən Anessa Rossi TikTok səhifəsində danışıb. O bildirib ki, Kanye ona 15 min dollar bəxşiş verib:

"Kanye yaxınlaşıb yalnız buzlu su istədi. Onun qarşısında rəqs edən qızlara diqqət yetirmədi və özəl rəqs də sifariş etmədi.

Bunun əvəzinə mənimlə dialoq qurmağa qərar verdi. İnsanın yaranmasından danışdıq, 3-4 saat söhbətləşdik. Daha sonra mənə 15 min dollar (təxminən 25 min 500 manat) verib, onu dinlədiyim üçün təşəkkür edib getdi".

Paylaş
Xəbər lentİ