"Taliban" dünyanın gözlədiyi xəbəri elan etdi 21:00 07-Sep-2021 120

Oxunma sayı: 224
7-09-2021, 22:21

 "Taliban" dünyanın gözlədiyi xəbəri elan etdi  21:00 07-Sep-2021  120
“Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilib ki, yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axund icra edəcək, onun müavini postunu isə Molla Əbdül Qəni Bəradər tutacaq.


“Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, dünya dövlətləri "Taliban"ın hakimiyyətini tanımaq üçün hökumətin tərkibinin elan olunmasını gözləyirdi. Dövlətlər hökumətdə bütün xalqları təmsil edən nümayəndələrin olmasını arzu edirdi.

Paylaş
Xəbər lentİ