"İsrail İranın nüvə obyektlərini vurmaq üçün 1,5 milyard dollar ayırdı" - KİV

Oxunma sayı: 228
19-10-2021, 10:41

"İsrail İranın nüvə obyektlərini vurmaq üçün 1,5 milyard dollar ayırdı" - KİV
İsrail rəhbərliyinin İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1,53 milyard dollar) ayırdığı iddia edilir.

Arasdırma.info xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.

Məlumatda, yaradılan fondun 3 milyard şekelinin bu ilin büdcəsinə, 2 milyard şekelin gələn ilin büdcəsinə əlavə ediləcəyi açıqlanıb.

Bu fondun İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün təyyarələrə, kəşfiyyat toplanmasına və xüsusi silahlanmaya ayrılacağı irəli sürülüb.//unikal.org

Paylaş
Xəbər lentİ