Şuşa və Laçında yaşamaq istəyələrin NƏZƏRİNƏ! - Pul veriləcək..

Oxunma sayı: 188
25-01-2023, 23:34

Şuşa və Laçında yaşamaq istəyələrin NƏZƏRİNƏ! - Pul veriləcək..
Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.

Arasdırma.info xəbər verir ki, qayıdışın tez bir zamanda reallaşması üçün işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir.

Aparılan sorğular nəticəsində məlum olub ki, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma yurdlarına qayıtmaq istəyir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən BAKU.WS-ə bildirilib ki, məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir:

"Ermənistanın işğal dövründə qeyri-qanuni məskunlaşdırma apardığı Laçın şəhəri, Zabux və Sus kəndləri boşadıldıqdan sonra, dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifə kimi qoyulub. Bu vəzifələrin icrası üzrə işlər Dövlət Komitəsinin gündəlik fəaliyyətinin mühüm tərkib hissəsidir.//baku.vs

Paylaş
Xəbər lentİ