Ayın Yaltağı Rubrikası: Aftafa Maqsud ölkədən qaçıb.

Oxunma sayı: 648
10-11-2019, 15:19

Ayın Yaltağı Rubrikası: Aftafa Maqsud ölkədən qaçıb.
Bu gündən “Ayın yaltağı” adlı maraqlı bir rubrikaya başlayırıq. Lakin, qorxuruq ki, ölkədə o gədər yaltağ var ki, rubrikanın adı tezliklə “Həftənin yaltağı”na dəyişdiriləcək. Rubrikaya kimin adıyla başlayacağımız haqqında çox düşünmədik. Sosial şəbəkələrdə iqtidarın ən düşük təbliğatını aparan Maqsud Mahmudovu seçdik. Əvvəlcə, onun əsl kimliyi haqqında. Hələ dörd il bundan əvvəl MTN işi ilə bağlı çirkli camaşırlar ortaya töküləndə zərərçəkən qismində bir iş adamı peyda oldu. Adam sabiq MTN əməkdaşları tərəfindən qanunsuz ələ keçirilmiş mülkiyyətini bərpa etmək üçün mediada haray-həşir qoparmağa başladı. Onun adı 2015-ci ildə Bakı İstintaq Təcridxanasında özünü asmış, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavin İlqar Əliyev işində keçirdi. Deyildiyinə görə, MTN-in sabiq əməkdaşı hədə-qorxu yolu ilə bir gecəyə ona, akademik Həsən Əliyev küçəsində yerləşən 650 min dollarlıq “Oboy evi”ni 120 min dollara satdırıb. İlqar Əliyev və onunla əlbir olan şəxslər iş adamından 250 min dollar tələb ediblər. Problemin əsası onunla bağlı olub ki, 2015-ci ildə Mahmudov 40 kq qızıl, ev, bağ evi və obyektini girov qoyaraq “Bank Technique”dən 1,5 milyon dollar kredit götürüb. Müqaviləyə görə, Mahmudov bu krediti 2020-ci ilə qədər ödəməli imiş. Lakin üstündən dörd ay keçəndən sonra bankdan ona deyiblər ki, əgər o, kreditləri bağlamasa, girov qoyduğu bütün əşyaları itirəcək. Beləliklə, krediti dərhal bağlamaq üçün ona bütün əmlakını ucuz qiymətə satdırıblar.

Maqsudun iddialarının hara qədər doğru olduğunu istintaq orqanları bilir. Bu adama əmlakının neçə faizinin qaytarılacağı vəd olunub, onu da bilmirik. Amma deyəsən həmin faizin, ya da başqa bir “komparamt”ın müqabilində adamı “verbovat” edib döndəriblər söyüş robotuna. İndi işi-gücü sosial şəbəkələrdə dolaşıb İlham Əliyevi mədh etməkdən, müxalifət liderlərini ən təhqiramiz ifadələrlə söyməkdən ibarətdir. Maqsudun birilərinin əlində oyuncaq olduğu o qədər açıqdır ki, onu hər addımında büruzə verir. Müxalifətin BŞİH qarşısında keçirilən 8 oktyabr aksiyasında onun təkadamlıq şousunu xatırlayırsınız yəqin. Həmin aksiyanın ulduzu Pərvanənin ona müraciətlə səsləndirdiyi “aftafatutan” ləqəbi də yadınızdadır hər halda. Bütün bunlar öz yerində. Amma əsl şahidlərin söylədiyi daha mühüm faktlar var ortada. MTN işi ilə bağlı zərərçəkən Azad İsmayılov ölkə prezidentinə müraciətində onun kimliyi haqqında şok faktlar açıqlayıb:
“Maqsud Mahmudov kimdir? Məhkum olunmuş, özünü dəliliyə vuraraq məsuliyyətdən dəfələrlə yaxa qurtarmağa cəhd etmiş şəxsdir. O, 1993-cü il tarixdən 1994-cü il tarixə kimi törətdiyi cinayətdən yayınmaq üçün anlaqsız hesab edilib və 2 saylı kliniki psixiatriya xəstəxanasında məcburi müalicədə olub. 1999-cu ildə Cinayət Məcəlləsinin 146 maddəsi ilə (Hədə qorxu ilə əmlak tələb etmə və 220-ci maddə (odlu silah) cinayət törədib və yenidən ekspertlər tərəfindən anlaqsız hesab edilib, bu dəfə də cinayətdən yayınıb. 2006-cı ildə o yenidən cinayət törədib və Cinayət Məcəlləsinin 178.3.2, 242, 320-ci maddələri ilə ittiham elan edilib. Bu insan bütün günü mətbuat vasitəsi ilə qarayaxma ilə məşğuldur və bunun məqsədi bu yolla həm əmlakını geri almaq, həm kreditini ödəməmək, həm də girovdan götürdüyü 40 kilo qızılın üstündən su içmək. Sizdən xahiş edirəm həmin şəxsin məhkəmələr vasitəsi ilə əlbir olub bu qanunsuz əməllərinin araşdırılmasını və onların məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz.”

Bu mənəviyyatını itirib söyüş robotuna çevrilmiş adamın iç üzünü gördünüz. Azad İsmayılovun söylədikləri qanan üçün böyük dərddir. Əli hər yerdən üzülmüş hakimiyyətin maqsudların ümidinə qalması da başqa bir dərddir.(Azadlıq.info)
Arasdırma.info olaraq əlavə etmək istəyirik ki,bu gün sosial şəbəkələrdə Maqsud Mahmudovun səs yazısı yayılıb.Onun dediyinə görə,müəyyən qüvvələr onun əmlakını əlindən alması və həyatına təhlükə olduğu üçün ölkəni tərk edib.Deyilənə görə o,Almaniya dövlətinə sığınıb.Maraqlısı budur ki,Maqsud Mahmudov Onda oian məxvi məlumatların yayılacağını və siyasi səhnədə baş verən məsələlərin gizlinlərini ortaya qoyacağını deyib.

Paylaş
Xəbər lentİ