Abşeronda 15 yaşlı qız özünü binadan ataraq intihar edib

Oxunma sayı: 246
4-11-2021, 07:50

Abşeronda  15 yaşlı qız özünü binadan ataraq intihar edib
Abşeron rayonunda intihar hadisəsi baş verib.

Arasdırma.info xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nəsirova Qumru Ramiz qızı yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona qabırğalararası və ətrafların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//report

Paylaş
Xəbər lentİ